Şənbə, 11 Avqust 2018 14:08

İranın şimal-qərbində bir terror dəstəsi məhv edilib

İranın şimal-qərbində bir terror dəstəsi məhv edilib

Sepah-ın quru qoşunlarının Həmzeye Səyyiduşşuhəda(ə) qərargahı bildirib ki, İranın şimal-qərbindən daxil olmaq niyyətində və dünya imperilamizminin tabeliyində olan bir terror dəstəsi Sepah qüvvələrinin pusqusuna düşüb və azı on terrorçu məhv edilibdir.

Sepah-ın quru qoşunlarının Həmzeye Səyyiduşşuhəda(ə) qərargahı bu gün bir məlumatda əlavə edib: Cümə günü gecə əcnəbi kəşfiyyat xidmətlərinin tabeliyində olan təchiz edilmiş bir terror dəstəsi əmin-amansızlıq yaratmaq və təxribatçılıq törətmək məqsədilə İranın Qərbi Azərbaycan vilayətinin Oşnəviyye sərhəd məntəqəsindən İrana daxil olmaq istəyirmiş. Bu terror dəstəsi Həmzeye Səyyiduşşuhəda(ə) qərargahının pusqusuna düşüb və ağır döyüş zamanı bir qrup terrorçu da yaralanıbdır.

Bu terror dəstəsinin məhv edilməsilə nəzərəçarpacaq miqdarda silah, sursat və rabitə təchizatları müsadirə olunaraq, Sepah-ın əlinə keçibdir.

Bu ilin iyun ayında da yeddi nəfərlik bir terror dəstəsi Oşnəviyye sərhəd məntəqəsində tam şəkildə məhv edildi.

İyulun 14-də də bir terror dəstəsi İranın Kermanşah vilayətinin Noudeşəh şəhərində yerləşən sərhəd məntəqəsində darmadağın edildi.

Şərh yaz


Məxfi kod
Yenilə