Çərşənbə, 08 Avqust 2018 12:39

İran prezidenti: Tehran beynəlxalq münasibətlərin genişləndirilməsini istəyir

İran prezidenti: Tehran beynəlxalq münasibətlərin genişləndirilməsini istəyir

İran İslam Respublikası prezidenti Koreya Yarımadasında sülh və təhlükəsizliyin bərqərar olunmasını İran İslam Respublikasının istəyi adlandırıb və Koreya Yarımadasında cərəyan edən hadisələrin Tehran üçün önəmli olduğunu deyib.

İran İslam Respublikası prezidenti çərşənbə günü Tehranda Şimali Koreyanın xarici işlər naziri Ri Yunq Hu ilə görüşdə Tehran-Pxenyan əlaqələrinin səmimi dostluq əlaqələri olduğunu bildirib və deyib: İran və Şimali Koreya beynəlxalq təşkilatlarda bir çox həssas məsələ ilə bağlı oxşar mövqeyə malikdirlər və davamlı olaraq bir-birini dəstəkləyiblər.

Həsən Ruhani daha sonra deyib: İran Şimali Koreya da daxil olmaqla dünya ölkələri ilə əlaqələrin və əməkdaşlıqların genişləndirilməsinin tərəfdarıdır.

İran prezidenti ABŞ-ın birtərəfli qaydada nüvə anlaşmasından çıxmasına da işarə edib və deyib: Ötən illər ərzindəki rəftarları bu gün ABŞ-ın etibarsız bir ölkə kimi tanınmasına səbəb olub. ABŞ heç bir öhdəlik qarşısında sadiq deyil. Belə bir şəraitdə dost ölkələr iki və bir neçə tərəfli münasibətləri genişləndirmək və beynəlxalq dairələrdə əməkdaşlıq etməklə bir-birilərini müdafiə etməlidirlər.

Şimali Koreyanın xarici işlər naziri Ri Yunq Hu da bu görüşdə Tehran və Pxenyan arasındakı münasibətlərdən razılıq edib və deyib: İran İslam Respublikası ilə əlaqələrin genişləndirilməsi və birtərəfli siyasətlər ilə mübarizə Pxenyanın başlıca prioritetidir.

Şimali Koreyanın xarici işlər naziri daha sonra ABŞ prezidenti və Şimali Koreyanın rəhbəri arasında Sinqapurda baş tutan görüş barədə qarşı tərəfi məlumatlandırıb.

Ri Yunq He daha sonra iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsində yüksək səviyyəli rəsmilər arasındakı görüşlərin böyük önəm kəsb etdiyini deyib.

Şərh yaz


Məxfi kod
Yenilə