Çərşənbə axşamı, 07 Avqust 2018 23:26

Rusiya ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını pisləyib

Rusiya ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını pisləyib

Rusiya xarici işlər nazirliyi bir bəyanat yayaraq, ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını pisləyib.

Rusiya xarici işlər nazirliyinin bəyanatında deyilir ki, Amerika nüvə anlaşmasından çıxmaq və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nüvə anlaşmasını təsdiq edən 2231 saylı qətnaməsini pozmaqla beynəlxalq meyarları tapdayıbdır.

Bəyanatda sonra deyilir ki, Moskva Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarları çərçivəsindən kənar olan hər cür birtərəfli sanksiyanı pisləyir.

Şərh yaz


Məxfi kod
Yenilə