Çərşənbə axşamı, 07 Avqust 2018 23:15

İran səfirliyi Londondan İrana raket hissələrinin göndərilməsini təkzib edib

İran səfirliyi Londondan İrana raket hissələrinin göndərilməsini təkzib edib

İranın Londondakı səfirliyi "Evening Standard" qəzetinin Hitrov hava limanından İrana doğru raket hissələri yükünün göndərilməsi barədəki iddiasını şiddətlə təkzib edib və onu əsassız bir reportaj və media qalmaqalı adlandırıb.

İranın Londondakı səfirliyinin "Evening Standard" qəzetinin baş redaktoruna ünvanlanmış məktubunda deyilir ki, bu iddia saxta və xəbər uydurmasıdır. Məktubda istənilibdir ki, qəzet, məqsədi İranofobiyanı genişləndirmək olan yalan və şablon iddiaları təkrarlamaqdan çəkinsin.

Şərh yaz


Məxfi kod
Yenilə