Cümə axşamı, 12 iyul 2018 15:11

NATO sammitində İran əleyhinə iddialar təkrarlanıb

NATO sammitində İran əleyhinə iddialar təkrarlanıb

Şimali Atlantik Alyansı NATO-ya üzv ölkələrin dövlət başçıları zirvə toplantısının ilk günündəki bəyanatda ABŞ-ın İranın müdafiə proqramı əleyhinə əsassız iddiaları təkrarlanıb.

EuroNewsun məlumatına görə, NATO üzvləri bəyanatda aldadıcı bir vəziyyətdə İranın raket sınaqlarından nigaranlıqlarını bildirib və iddia ediblər ki, bu ölkənin müdafiə addımları Yaxın Şərqdə destabilliyin amilidir. 

Bəyanatda İrandan Yaxın Şərqdə saxta İsrail rejimi əleyhinə müqavimət mehvərini dəstəkləməsini durdurması istənilib. 

Bu bəyanatda həmçinin müdaxiləçi bir mövqe ilə İrandan öz müdafiə fəaliyyətlərindən əl çəkməsi istənilib. 

NATO-ya üzv ölkələr həmçinin öhdəlik götürüblər ki, İranın nüvə fəaliyyətlərinin sülhməramlı olması istiqamətində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığın davam etdirilməsi və bu ölkənin "atom silahını əldə etməməsin"dən arxayın olsunlar. 

İranın sülhməramlı nüvə fəaliyyətlərində şübhə yaratmaq üzrə NATO-nun cəhdi elə bir haldadır ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bütün hesabatlarında bu fəaliyyətlərin sülhməramlı olduğunu və İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını təsdiqləyib. 

NATO-nun bəyanatında həmçinin ABŞ-ın hərbi büdcəni artırmaq üçün üzv ölkələrə təzyiqi qeyd olunub. 

Makedoniyanın NATO-ya üzv olmağa dəvət edilməsi bu bəyanatın digər müddəalarından olub. 

Brüsseldə Şimali Atlantik Alyansı NATO-ya üzv ölkələrin dövlət başçılarını zirvə toplantısının ilk günü 11 iyulda bir bəyanatla sona çatıb.

Şərh yaz


Məxfi kod
Yenilə