Cümə axşamı, 12 iyul 2018 08:57

Qasimi: Müasir tarix ABŞ səfirliklərinin qanunsuz hərəkətləri ilə doludur

Qasimi: Müasir tarix ABŞ səfirliklərinin qanunsuz hərəkətləri ilə doludur

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin İran əleyhinə iddiasına reaksiyada deyib: İranın diplomatik fəaliyyətləri əleyhinə ittihamın irəli sürülməsi ABŞ-ın Tehranın xarici münasibətlərini korlamaq üçün göstərdiyi başqa bir cəhdddir.

ABŞ dövlət katibi Mayk Pompeo əsasız iddianı irəli sürərək İran səfirliklərini ev sahibi ölkələrin məsələlərinə müdaxilə etməkdə suçlayıb. 

İRNA-nın məlumatına görə, Bəhram Qasimi çərşənbə günü ABŞ dövlət katibinin iddiasını rədd edərək bildirib: Pompeo elə bir halda İran əleyhinə bu əsassız iddiaları irəli sürür ki, ABŞ səfirliklərinin diplomatik ad altında yüzlərlə hərbi və təhlükəsizlik kadrlarının təxribatçı hərəkətləri və casusluqları ilə əlaqədar çoxlu faktlar müxtəlif Kütləvi İnformasiya Vasitələrində yayılmışdır. 

Qasimi bildirib: Müasir tarix ABŞ səfirliklərinin ev sahibi ölkələrin xarici münasibətlərini korlamaq və onların daxili məsələlərində müdaxil etməyə dair qeyri-qanuni, etika və beynəlxalq normalara zidd fəaliyyətləri ilə doludur. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İran İslam Respublikası səfirlikləri beynəlxalq konvensiyalar çərçivəsində və ev sahibi ölkələrdə mehribanlıq və dostluq münasibətlərinin inkişafı istiqamətində fəaliyyət göstərirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə