Çərşənbə, 11 iyul 2018 21:35

İrandan İraqa ildə 12 milyard dollarlıq əmtəə mal ixrac olunur

İrandan İraqa ildə 12 milyard dollarlıq əmtəə mal ixrac olunur

İran-İraq ticarət palatasının sədri deyib: İran hər il İraqa 12 milyard dollarlıq əmtəə mal ixrac edir ki, bu miqdarı iyirmi milyard dollara çatdırmaq olar.

Yəhya Ale-Eshaq bu gün İranın Kerman vilayətinin iqtisadi fəallarının İran-İraq ticarət palatasının məsul şəxsləri ilə birgə yığıncağında deyib: İranın İraqa başlıca ixracat malları bitki və heyvan yağları, mədən və kimya məhsulları, plastik maddələr, dəri və çanta növləri, taxta, taxta əşyaları, tekstil məhsulları, tikinti daşları və sementdir.

Ale-Eshaq əlavə edib: İraq bazarı İran üçün mühüm bazar sayılır.

İranın İraqdakı ticarət attaşesi bundan öncə İranın İraqa qeyri-neft ixracatının on üç faizlik artımından xəbər vermişdi.

Naser Behzadın dediyinə görə, cari ilin ötən rübündə İranın İraqa qeyri-neft ixracatı bir milyard 750 milyon dollar dəyərində olan üç milyon 750 min tona çatıbdır.

İran İslam Respublikası Gömrük İdarəsinin baş direktoru da İraqı İran məhsullarının ixracı üçün üçüncü məqsəd adlandırıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə