Çərşənbə, 11 iyul 2018 20:11

İran və Türkiyə təhlükəsizlik iclası keçiriblər

İran və Türkiyə təhlükəsizlik iclası keçiriblər

İran İslam Respublikası və Türkiyə bir iclasda müştərək sərhədlərdə təhlükəsizlik əməkdaşlıqlarının genişləndirilməsinin həll yollarını araşdırıblar.

İran və Türkiyə sərhəd şəhərləri arasında sərhəd təhlükəsizliyi iclası bu gün Türkiyənin İqdir şəhərində İranın Maku sərhəd polkunun komandanı Şirzad Hacizadə və İqdirin valisi Ənvər Ünlünün sədrliyi ilə keçirilib.

İki ölkənin təhlükəsizlik heyətləri bu iclasda qaçaqmalçılıq və terror qrupları ilə mübarizə və müştərək sərhədlərdə təhlükəsizlik sahələrində iki ölkə arasında həmkarlıqların genişləndirilməsi vacibliyini vurğulayıblar.

Şərh yaz


Məxfi kod
Yenilə