Çərşənbə, 11 iyul 2018 18:37

General Şərif: Amerika ən pis hərbi şəraitdədir

General Şərif: Amerika ən pis hərbi şəraitdədir

Sepah-ın sözçüsü deyib ki, hazırkı zamanda Amerika ən pis hərbi şəraitdədir və bu, inkarolunmaz bir gerçəklikdir.

General-mayor Ramazan Şərif bu gün İranın qərbində yerləşən Şəhrekord şəhərində keçirilən konfransda Amerikanın hərbi qüdrətinin keçmişdəki kimi olmadığını bildirərək, əlavə edib: Amerikanın ən təcrübəli dəniz piyadaları əsir alınarkən İran döyüşçüləri qarşısında dizə çökür və İranın dəniz məkanına təcavüzə görə üzr istəyirlər.

Sepah-ın sözçüsü İranın qüdrətinin keçmişdəkindən daha çox olduğunu vurğulayaraq, qeyd edib ki, İranın qüdrətinin ən mühüm göstəricisi, xalqdır.

General Şərif bildirib ki, düşmənin İslami İrana qarşı bugünkü müharibəsi iqtisadi müharibədir. O, deyib: İran İslam Respublikası o qədər möhkəmdir ki, düşmənin psixoloji savaşı ona xələl gətirməz.

Şərh yaz


Məxfi kod
Yenilə