Çərşənbə, 11 iyul 2018 16:12

İnqilab Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Moskvaya daxil olub

İnqilab Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Moskvaya daxil olub

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün yüksək səviyyəli bir heyətlə Moskvaya daxil olub.

Əli Əkbər Vilayəti Moskvaya daxil olarkən İran və Rusiyanın son dərəcə strateji və mühüm əlaqələrinə toxunaraq, deyib ki, ötən illər ərzində Tehran və Moskvanın ikitərəfli, regional və beynəlxalq əlaqələri yüksəlməkdə olubdur.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: İran və Rusiyanın rəhbərlik etdikləri müqavimət cəbhəsinin Suriyada terrorizm və onun himayədarları ilə mübarizədəki həmkarlıqları İran-Rusiya əməkdaşlığından misalçəkiləsi bir meyardır ki, təkcə strateji və uzunmüddətli əlaqə bu cür əməkdaşlıqları əsaslandıra bilər.

Vilayəti habelə deyib ki, dünyanın hazırkı və həssas şəraitində İslam İnqilabının Böyük Rəhbərinin və İran İslam Respublikası prezidentinin Putinə mesajlarını gətirib.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bu səfərdə Rusiya prezidenti Vladimir Putin daxil olmaqla bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşməlidir.

"Valday" diskussiya klubunda çıxış və bəzi Rusiya nazirləri ilə görüş Vilayətinin Moskvaya üçgünlük səfərinin digər proqramlarındandır.

Şərh yaz


Məxfi kod
Yenilə