Bazar ertəsi, 25 June 2018 13:34

Sepah-ın xəbərdarlığı: Dünyanın heç bir yeri terrorçular üçün əmin-aman deyil

Sepah-ın xəbərdarlığı: Dünyanın heç bir yeri terrorçular üçün əmin-aman deyil

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Quru Qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) Qərargahı bir məlumatda əks-inqilabçı və terrorçu qaragüruhlara xəbərdarlıq edibdir ki, dünyanın heç bir yeri onlar üçün əmin-aman deyildir.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Quru Qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) Qərargahının məlumatında deyilir: Əks-inqilabçı terrorçu qaragüruhlardan on dörd nəfərlik bir dəstənin Piranşəhrin "Təmərçin" sərhəd məntəqəsinə girməsinin ardınca bu məntəqənin sərhəd polkunun sərhəd qüvvələri hərəkət yolunu aşkarladıqdan sonra bazar günü "sıfır" sərhəd məntəqəsində pusqu quraraq, bu terror qrupu ilə mübarizə aparıb və onları məhv ediblər.

Bu məlumata əsasən, həmin döyüşdə terrorçulardan dörd nəfər ölüb və yaralanıbdır ki, onlardan birinin cəsədi döyüş meydanında qalıbdır. Terror dəstəsindən qalmış təchizat və əsər-əlamətlər bu dəstənin ağır tələfata düçar olmasından xəbər verir.

Həmzeye Seyyedoşşohəda(ə) Qərargahı həmçinin bu məlumatda dünya imperilazmindən asılı olan həmin qaragüruhlara xəbərdarlıq edibdir ki, özlərinin alçaq və terror əməllərindən əl çəksinlər. Əks halda, heç bir yerdə əmin-amanlıq görməyəcəklər və onların təqib olunmları və tam şəkildə məhv edilmələri ilə bağlı addımlar atılacaqdır.

Dünən İran İslam Respublikasının hüquq-mühafizə qüvvələri sərhədçilərinin İranın Qərbi Azərbaycan vilayətindəki Piranşəhr sərhəd polkunda silahlı quldurlarla toqquşmasında sərhədçilərdən biri şəhid olubdur.

Piranşəhr İraqla həmsərhəd olan İranın Qərbi Azərbaycan vilayətindəki kürdsakinli şəhrestanlardan biridir.

Şərh yaz


Məxfi kod
Yenilə