Bazar ertəsi, 25 June 2018 12:56

Ruhani Türkiyə seçkilərində bir daha qalib gəlməsi münasibətilə Ərdoğanı təbrik edib

Ruhani Türkiyə seçkilərində bir daha qalib gəlməsi münasibətilə Ərdoğanı təbrik edib

İran İslam Respublikası prezidenti bir müraciətdə bir daha Türkiyə prezident seçkilərində qalib gəlməsi münasibətilə Rəcəb Tayyıb Ərdoğanı təbrik edib.

Həsən Ruhani bu müraciətdə ümidvarlıq edibdir ki, yeni dövrdə İran İslam Respublikası ilə Türkiyənin dostcasına və qardaşcasına əlaqələri daha da güclənəcək və iki ölkənin İslam dünyası və region olayları qarşısındakı yaxın və məsuliyyətli həmkarlığı regionda rifahın artması, sülh və sabitliyin güclənməsi və problemlərin həlli üçün daha yaxşı zəminlər yaradacaqdır.

Ruhani habelə Türkiyə xalqı üçün rifah, səadət, başıucalıq, uğur və sağlamlıq arzu edibdir.

Türkiyənin 26-cı parlament və prezidentlik sistemi çərçivəsində bu ölkənin ilk prezident seçkiləri dünən- iyunun 24-də eyni vaxtda keçirildi.

Türkiyə prezident seçkilərində səs qutularının 98 faizindən səslərin hesablanmasına əsasən, Rəcəb Tayyıb Ərdoğan səslərin təqribən 52,51 faizini əldə edərək, seçkilərin qalibi olubdur.

Türkiyənin 26-cı parlament seçkilərində də "Cumhur ittfakı" adlı koalisiya təqribən 53,58 faiz səs qazanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə