Çərşənbə, 20 June 2018 20:27

Zəngənə: İran neftdən siyasi vasitə kimi istifadə edilməsinin əleyhinədir

Zəngənə: İran neftdən siyasi vasitə kimi istifadə edilməsinin əleyhinədir

İranın neft naziri neft ixrac edən ölkələr təşkilatı OPEK-in Vyanada keçirilən 17-ci beynəlxalq seminarında enerji əməkdaşlıqları iclasında deyib: İran neftdən siyasi vasitə kimi istifadə edilməsi və istehsalçılara siyasi səbəblərə görə məhdudiyyətlərin tətbiq edilməsinə qarşıdır.

Bijən Namdar Zəngənə bu gün sözü gedən iclasda ABŞ prezidentinin OPEK-i tənqid etməsinə toxunaraq deyib: OPEK daima neftin məntiqli qiymətini dəstəkləyib və heç vaxt məntiqsiz yuxarı qiymətlərə səy göstərməyib, əslində neftin qiymətinin artmasına və neft bazarındakı hərc-mərcliyə səbəb ABŞ prezidentidir. 

Zəngənə deyib: ABŞ prezidentinin mayın 8-də ölkəsinin Əhatəli Mütşərək Təşəbbüs Proqramından çıxmasını elan etməsindən sonra neftin qiyməti hər barrel üçün 6 dollar bahalaşıb. 

İranın neft naziri deyib: ABŞ OPEK-in iki banisi və iki əsas istehsalçısı olan İran və Venesuellaya qarşı birtərəfli ticarət sanksiyaları tətbiq edə və Amerikadan kənarda bunları icra edərkən eyni zamanda neftin dünya bazarının reaksiya verməyəcəyini gözləməsi absurtdur. 

Zəngənə İranın neftin qiymətinin yuxarı olmasına qarşı olduğunu buldirərək deyib: Neftin qiymətinin əsas səbəbi siyasi olduğundan neftin qiymətinin azalmasının yolu da siyasi ola bilər. 

İranın neft naziri neft bazarında stabilliyin bu bazarda mənafeyi olan tərəflər arasında əməkdaşlıqlardan asılı olduğunu bildirərək deyib: OPEK-ə üzv olan və olmayan istehsalçılar arasında razılaşma neftin dünya bazarının stabilləşməsinə səbəb olub. 

Şərh yaz


Məxfi kod
Yenilə