Çərşənbə axşamı, 19 June 2018 20:07

İran və Suriyanın iqtisadiyyat nazirləri bank və gömrük əlaqələrinin inkişafını vurğulayıblar

İran və Suriyanın iqtisadiyyat nazirləri bank və gömrük əlaqələrinin inkişafını vurğulayıblar

İranın iqtisadiyyat və maliyyə məsələləri naziri və Suriyanın iqtisadiyyat və ticarət naziri bank və gömrük sahələri xüsusiyyət təşkil etməklə iki ölkənin ticari-iqtisadi əlaqələrinin genişləndirilməsini vurğulayıblar.

Məsud Kərbasiyan bu gün Tehranda Suriyanın iqtisadiyyat və ticarət naziri Muhəmməd Samir Əlxəlil ilə görüşdə iki ölkənin gömrük əməkdaşlığının vacibliyinə toxunaraq, deyib: İran ilə Suriya arasında mübadilə olunan əmtəə malları iki ölkənin məhsulu olmalıdır ki, digər ölkələrin əmtəə malları güzəştli tarif məziyyətlərinə malik ola bilməsinlər.

İranın iqtisadiyyat və maliyyə məsələləri naziri həmçinin Suriyanın xalqı və dövlətinin terrorçular üzərindəki qələbəsini təbrik edərək, İranın Suriyanın infrastrukturlarının bərpasına və bu ölkə ilə texniki-mühəndislik sahələrində əməkdaşlığa hazır olduğunu bildirib.

Suriyanın iqtisadiyyat və ticarət naziri Muhəmməd Samir Əlxəlil də bu görüşdə İranın dövləti və xalqının dəstəklərinə görə təşəkkür edərək, deyib: Gömrük sahəsi xüsusiyyət təşkil etməklə iki ölkə arasında br çox həmkarlıq sahəsinin mövcud olmasına görə, Dəməşq İranın Suriyanın azad məntəqəsində iştirakını istəyir.

Şərh yaz


Məxfi kod
Yenilə