Çərşənbə axşamı, 19 June 2018 19:54

Cahangiri: Düşmən İrana qarşı arzularının reallaşmasında nakam qalacaq

Cahangiri: Düşmən İrana qarşı arzularının reallaşmasında nakam qalacaq

İran İslam Respublikasının birinci vitse-prezidenti deyib: Dəqiq idarəçilik və proqramlaşdırma, həmçinin daxili ehtiyatlar və imkanlara söykənməklə İran düşmənlərini İslam Respublikasına qarşı arzularının reallaşmasında nakam qoyacağıq.

Eshaq Cahangiri ölkənin yeni şəraitinə və ABŞ hökumətinin İranın dövləti və xalqına qarşı zalımcasına sanksiyalar tətbiq etməkdə əzmkar olmasına toxunaraq, deyib: Amerika hökuməti beynəlxalq qanunlara zidd olaraq rəhmsizcəsinə və düşünülmüş sanksiyalar tətbiq edərək, xalqın yaşayışı və məişətinə təzyiq göstərməklə İran iqtisadiyyatını çökdürmək ardıncadır.

Cahangiri əlavə edib: Düşmən bilsin ki, İran İslam Respublikasını çökdürmək üzrə proqramları məğlubiyyətə uğrayacaqdır.

İran İslam Respublikasının birinci vitse-prezidenti vurğulayıb: İranın bütün orqanları tədbir və proqramlaşdırma ilə elə bir şərait yaratmalıdırlar ki, xalqın yaşayışına xələl gəlməsin.

Şərh yaz


Məxfi kod
Yenilə