Cümə axşamı, 14 June 2018 11:07

Ruhani: Amerikanın bütün hökmranları İran xalqına qarşı olublar

Ruhani: Amerikanın bütün hökmranları İran xalqına qarşı olublar

İran İslam Respublikası prezidenti vurğulayıb ki, Amerikanın bütün hökmranları İran xalqına qarşı olublar, amma bu birisi, hamısından xəbisdir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən gecə bir qrup media nümayəndəsi ilə görüşdə deyib: Tarixdə az qatil olmayıb, amma onların hamısı Şümr olmayıbdır. Xain az olmayıb, amma bir dənə İbn Mulcəm olub.

O, əlavə edib: Bütün Amerika hökumətləri İran xalqının düşmənləri olublar, amma hazırkı hökumətin başçısı Amerikanın öncəki hökumətlərinin başçılarından daha pis, daha xəbis və daha nəhsdir.

Ruhani İran xalqının haqqın tərəfində olduğunu və nahaqqa qalib gələcəyini vurğulayaraq, deyib: Siz media nümayəndələri bu gün düşmənin İrana qarşı iqtisadi və mədəni savaşından daha geniş və daha təsirli şəkildə cərəyan edən psixioloji müharibəsi ilə mübarizənin ağır yükünü üzərinizə götürməlisiniz.

İran prezidenti vurğulayıb: İmzalayanlardan biri nüvə anlaşmasından çıxıb, amma İran İslam Respublikası quruluşu elə rəftar edibdir ki, bu gün bir neçə rejim çıxılmaqla, bütün ölkələr Amerikanı pisləyib, İrana isə yüksək qiymət veriblər. Bu, ötən qırx il ərzində misilsiz bir məsələdir ki, əksər dünya ölkələri İran xalqının işini yüksək qiymətləndirsin və bədxahların hərəkətlərini pisləsinlər.

Şərh yaz


Məxfi kod
Yenilə