Bu səhifəni yazdır
Cümə axşamı, 14 June 2018 10:25

Zərif Tehrana geri dönüb

Zərif Tehrana geri dönüb

Cənubi Afrikanın rəsmiləri ilə görüşmək üçün bu ölkəyə səfər etmiş İranın xarici işlər naziri bu gün səhər Tehrana geri dönüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Cənubi Afrikanın prezidenti və xarici işlər naziri ilə görüşmək və onlarla nüvə anlaşması, həmçinin iqtisadi məsələlər və müxtəlif sahələrdə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsi barədə danışıqlar aparmaq üçün çərşənbə axşamı günü siyasi-iqtisadi bir nümayəndə heyəti ilə bu ölkənin paytaxtı Pretoriyaya səfər edib.

Zərif bu ikigünlük səfərdə Cənubi Afrikanın prezidenti və xarici işlər naziri ilə görüşərək, onlarla nüvə anlaşması daxil olmaqla tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Həmçinin İran və Cənubi Afrika heyətləri arasında iki ölkə arasında vizanın verilməsinin asanlaşdırılması, eləcə də nəqliyyat ilə bağlı məsələlər, habelə iqtisadi mövzular barədə ekspert iclası keçirilib.

Şərh yaz


Məxfi kod
Yenilə