Cümə axşamı, 14 June 2018 09:35

İran xarici işlər nazirinin Cənubi Afrikaya səfəri başa çatıb

İran xarici işlər nazirinin Cənubi Afrikaya səfəri başa çatıb

İran İslam Respublikasının xarici işlər naziri Cənubi Afrikanın yüksək səviyyəli rəsmiləri ilə məsləhətləşmədən sonra çərşənbə günü gecə Pretoriyadan Tehrana yola düşüb.

Məhəmməd Cavad Zərif Cənubi Afrikanın prezidenti və xarici işlər naziri ilə görüşmək və onlarla nüvə anlaşması, eləcə də iqtisadi məsələlər və müxtəlif sahələrdə əməkdaşlıqların genişləndirilməsi barədə danışmaq üçün çərşənbə axşamı günü Pretoriyaya daxil olub.

Zərif bu ikigünlük səfərdə Cənubi Afrikanın prezidenti və xarici işlər naziri ilə görüşüb və onlar nüvə anlaşmasına öz dəstəklərini vurğulayıblar.

Cənubi Afrika, Afrika qitəsinin ikinci böyük iqtisadiyyatıdır və nüvə anlaşmasının icra olunmasından sonra İran İslam Respublikası ilə münasibətləri inkişaf etdirmək üçün yaxşı addımlar atıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə