Çərşənbə, 13 June 2018 22:30

İran və Cənubi Afrika XİN başçılarının ikinci görüşü baş tutub

İran və Cənubi Afrika XİN başçılarının ikinci görüşü baş tutub

İran İslam Respublikası və Cənubi Afrikanın xarici işlər nazirlərinin ikinci görüşü keçirilib.

İran və C.Afrika XİN rəhbərlərinin müzakirələrinin ikinci mərhələsi iqtisadi ekspertlərin iştirakı ilə keçirilib. Bu görüşdə Cənubi Afrikanın 4 naziri və 5 nazirliyinin nümayəndələri iştirak ediblər. 

Bu müzakirələr iqtisadi, ticarət, maliyyə sektorlarında işçi qruplarır çərçivəsində keçirilib və iki ölkə vətəndaşlarına xüsusiylə iş adamlarına vizanın asanlaşdırılması, iki ölkə arasında nəqliyyat, iqtisadi müqavilələr istiqamətində maliyyə köçürmələrinin asanlaşdırılmasını əhatə edir. 

Zərif dünən iqtisadi və siyasi bir heyətə başçılıq edərək Cənubi Afrikaya daxil oldu. İİR XİN başçısı dünən gecə C.Afrikadan olan həmkarı ilə müzakirələrin ilk mərhələsində iştirak etdi və bu görüşdə C.Afrikanın nüvə sazişinə dəstək verdiyi vurğulandı.

İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün həmçinin C.Afrika prezidenti ilə görüşəcək.C.Afrika Afrika qitəsinin ən böyük iqtisadiyyatına malikdir və ƏMTP-nin imzalanmasından sonra Tehran ilə əlaqələrin inkişafında yaxşı addımlar atmışdır. 

Şərh yaz


Məxfi kod
Yenilə