Çərşənbə, 13 June 2018 17:58

Şəvval ayının hilalını müşahidə üçün İranda 120 qrup fəaliyyətə cəlb edilib

Şəvval ayının hilalını müşahidə üçün İranda 120 qrup fəaliyyətə cəlb edilib

İslam inqilabının böyük rəhbərinin ofisinin istehlal mərkəzinin sədri deyib: Sabah mübarək ramazan ayının 29-u ölkənin müxtəlif bölgələrində şəvval ayının müşahidə edilməsi üçün 120 qrup fəaliyyət göstərəcək.

Höccətülislam Əhməd Mərvi bu gün mətbuat konfransında deyib: Proqnozlara görə, cümə günü iyunun 15-i İranda şəvval ayının birinə təsadüf edəcək. Əgər nəticə buna uyğun olmasa islam inqilabının böyük rəhbəri ofisinin  istehlal mərkəzi vasitəsi ilə elan ediləcəkdir. 

Fitir bayramı namazı mərasiminin təşkili mərkəzinin sədri Seyid Baqir Pişnamazi isə deyib: 

islam inqilabının böyük rəhbəri ofisinin  istehlal mərkəzi tərəfindən bayramın elan olunmasından sonra Tehranda bayram namazı Həzrət Ayətullahül-üzma Xameneinin imaməti ilə İmam Xomeyni(r.ə) adına müsəllada qılınacaqdır. 

İslam dinində şəvval ayının ilk günü fitir bayramı və müəyyən edilmiş fitrətə qayıdış günüdür ona görə ki, oruc tutan müsəlmanlar mübarək ramazan ayında Allaha ibadətlə və istiğfar etməklə zahiri və batini bulaşıqlarını ruhları və canlarından təmizləyiblər və öz həqiqi fitrətlərinə qayıdıblar.

Şərh yaz


Məxfi kod
Yenilə