Çərşənbə, 13 June 2018 17:26

Kəmalvəndi: Ferdo saytının bərpası barədə qərar qəbul olunur

Kəmalvəndi: Ferdo saytının bərpası barədə qərar qəbul olunur

İranın Atom Enerjisi Təşkilatının sədr müavini deyib: İranın yüksək səviyyəli rəsmiləri və ƏMTP-yə nəzarət üzrə iranlı heyət ƏMTP-dən kənar Ferdonun bərpası barədə qərar qəbul edirlər.

Behruz Kəmalvəndi bu gün müxbirlərə deyib: Hal-hazırda Ferdoda zənginləşdirmə həyata keçirilmir və ƏMTP-dən çıxdıqdan sonra İran İslam Respublikasının yüksək səviyyəli rəsmilərinin qərarı ilə Ferdoda zənginləşdirmə yenidən bərpa ediləcək. 

AET-nin sözçüsü Ərak reaktorunun inşası barədə İran ilə Çin arasında müzakirələr barədə deyib: Sevindirici haldır ki, müzakirələr zaman cədvəli əsasında irəliləyir və çinli tərəf yekun təsdiqdən sonra 2-3 ay ərzində reaktorun inşasına başlayacaq. 

Kəmalvəndi deyib: BMT TŞ-nin qətnaməsinə görə, ƏMTP əsasında təsdiq edilən və mərhələləri icra olunmuş müqavilələr beynəlxalq qaydalara görə təsir altına düşmür və çinlilər də Amerikanın hərəkətlərinin təsiri altına düşməyəcəklər, ona görə ki, indiyədək Ərak reaktorunun inşası sahəsindəki öhdəliklərində əzmkar olduqlarını vurğulayıblar. 

O həmçinin Qərbin İranın sülhməramlı nüvə fəaliyyəti və sionist rejimin hərbi nüvə proqramı ilə ikili rəftarına toxunaraq deyib: qrəblilər indiyədək sionist rejimə kömək ediblər və hərbi məqsədlərlə həyata keçən bu rejimin nevə fəaliyyətlərinə heçcür nəzarət yoxdur. 

Şərh yaz


Məxfi kod
Yenilə