Çərşənbə, 13 June 2018 16:11

Cənubi Afrika ƏMTP-ni dəstəkləyib

Cənubi Afrika ƏMTP-ni dəstəkləyib

Cənubi Afrika xarici işlər naziri Lindivi Sisiolo İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşündə Əhatəli Müştərək Təşəbbüs Proqramını dəstəklədiyini vurğulayıb.

Lindivi Sisiolo ölkəsinin İranla əldə olunmuş nüvə sazişinə dəstək verdiyini bildirib. İranın xarici işlər naziri bu gün Cənubi Afrika prezidenti ilə görüşəcək. Zərifin və onu müşayiət edən siyasi iqtisadi heyətin Cənubi Afrikaya səfəri ƏMTP və qarşılıqlı əlaqələri əhatə edir. 

Cənubi Afrika Afrika qitəsinin ikinci ən iri iqtisadiyyatına malikdir və ƏMTP imzalandıqdan sonra İran İslam Respublikası ilə əlaqələrin inkişafı üçün yaxşı addımlar atıb. 

İki il öncə C.Afrikanın fəaliyyətdə olan prezidentinin Tehrana səfərindən sonra iki ölkə nəqliyyat, gəmiçilik, turizm və bank münasibətləri sahələrində əməkdaşlıqların inkişafı üçün müəyyən təşəbbüslər həyata keçiriblər. 

Şərh yaz


Məxfi kod
Yenilə