Bazar, 27 May 2018 08:21

Ruhani: Nüvə sazişinin qorunması istiqamətində atılan addımlar bura kimi müsbət olub

Ruhani: Nüvə sazişinin qorunması istiqamətində atılan addımlar bura kimi müsbət olub

İran İslam Respublikası prezidenti şənbə günü axşam ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra dünya ictimaiyyətinin böyük bir hissəsinin İrana haqq verdiyini və nüvə anlaşmasını müdafiə etdiyini deyərək, bu anlaşmanı qorumaq üçün atılan addımların indiyə kimi müsbət olduğunu deyib.

İRNA-nın məlumatına görə, Həsən Ruhani Tehranda din alimləri və ruhanilər ilə görüşdə deyib: Bu gün bir çox ölkə İranın doğru yolda olduğu və səhvə yol verən tərəfin ABŞ olduğuna inanır. Bu isə böyük bir uğurdur. 

İran İslam Respublikası prezidenti həmçinin deyib: Amerikalılar ABŞ və İran arasında seçim etmələri üçün avropalılara təzyiq göstərirlər. Amma, avropalılar nüvə anlaşmasını seçkdiklərini deyirlər.

Ruhani həmçinin deyib: İran nüvə anlaşmasında qalmaqla öz hüquqlarını qoruya biləcəyi təqdirdə, bu beynəlxalq anlaşmada qalmaq niyyətindədir. 

Şərh yaz


Məxfi kod
Yenilə