Çərşənbə, 23 May 2018 10:30

Ruhani: İran xalqı təhdiddən qorxmur

Ruhani: İran xalqı təhdiddən qorxmur

İran İslam Respublikasının prezidenti dünən gecə deyib ki, böyük İran xalqı təhdiddən qorxmur. O, bildirib ki, iranlılar tarixin bütün səhnələrində qalib və iftixaryaradan olublar.

Həsən Ruhani İran idmançılarından bir qrupu ilə səmimi görüşdə ABŞ prezidentinə xitabən deyib: Cənab Tramp! İran xalqı sizin qarşınızda qalib və müvəffəq olacaqdır.

Donald Trampın Amerikada hakimiyyətə gəlməsilə Vaşinqton İran İslam Respublikasına qarşı daha kəskin düşmənçilik siyasəti yeritməyə başlayıb.

İran İslam Respublikasının prezidenti həmçinin İran idmançılarının beynəlxalq meydanlardakı uğurlarına toxunaraq, deyib ki, iranlı idmançılar daim böyük İran xalqı üçün ümidlər yaradıblar.

Şərh yaz


Məxfi kod
Yenilə