Çərşənbə axşamı, 22 May 2018 09:28

Ruhani: ABŞ bütün dünya üçün qərar verə bilməz

Ruhani: ABŞ bütün dünya üçün qərar verə bilməz

İran İslam Respublikası prezidenti ABŞ dövlət katibinin İran əleyhinə açıqlamasına reaksiyada Mayk Pompeoya xitabən deyib: ABŞ İran və bütün dünya üçün qərar verə bilməz.

İRNA-nın məlumatına görə, Həsən Ruhani bazar ertəsi gecə ABŞ dövlət katibinin açıqlamasına reaksiyada əlavə edib: Bütün dünya ölkələri qərarların verilməsində müstəqilliyin tərəfdarıdırlar və bəlkə də amerikalılar bəzi bölgələrdə təzyiqlə bir işlər görə bilərlər, lakin onların bütün dünya ölkələri üçün qərar verə biləcəyini məntiq qəbul etmir. 

İran İslam Respublikası prezidenti ABŞ-ın nüvə sazişindən çıxması ilə bağlı öz öhdəliyini yerinə yetirməməsinə toxunaraq deyib: Hazırda ABŞ-da iqtidarda elə bir hökumət var ki, bu ölkəni təxminən 15 il əvvəlki vəziyyətə qaytarıb və 2003-2004-cü illərdə amerikalı rəsmilərin avantürist sözlərini təkrarlayırlar. 

Ruhani ABŞ dövlət katibi Mayk Pompeoya xitabən deyib: İllərlə casusluq mərkəzində fəaliyyət göstərən bu şəxsin indi ABŞ dövlət katibi vəzifəsindən İran və başqa ölkələr üçün mövqelər sərgiləmək istəyi heç bir vəchlə qəbulediləsi deyil. 

İran prezidenti deyib: ABŞ dövlət katibinin bugünkü sözləri illərlə öncə amerikalı rəsmilərin dedikləri sözlərdir. İran vətəndaşları onlara etinasız olmuş, indi də etinasız olacaq və bir-birinn yanında öz yollarını davam etdirəcək. 

ABŞ dövlət katibi Mayk Pompeo bazar ertəsi günü İran əleyhinə açıqlamaları təkrarlayaraq nüvə sazişini nöqsanlı adlandıraraq və Tehranı nüvə proqramında aldatmaqda suçlayaraq deyib: ABŞ hazırda nüvə sazişindən çıxıb və öz müttəfiqləri ilə əməkdaşlıq edərək İranın Yaxın Şərqə nüvuzuna mane olacaq. 

ABŞ dövlət katibi həmçinin İrandakı son iqtişaşları dəstəkləyərək iddia edib ki, Birləşmiş Ştatlar belə hərəkətlərə dəstəyini davam etdirəcək. 

Pompeo əlavə edib: ABŞ Xəzinədarlıq Nazirliyi İran əleyhinə bütün nüvə sanksiyalarını öz qüvvəsinə qaytaracaq və Tehran əleyhinə yeni sanksiyalar tətbiq edəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə