Bazar, 06 May 2018 21:28

Ruhani: ƏMTP böyük İran xalqının diplomatik gücünün cilvəsidir

Ruhani: ƏMTP böyük İran xalqının diplomatik gücünün cilvəsidir

İran İslam Respublikası prezidenti deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı böyük İran xalqının diplomatik gücünün cilvəsi olan bir beynəlxalq müqavilə kimi dəyişilməzdir.

İran İslam Respublikası Prezidenti Həsən Ruhani Neyşabur əhalisinin toplusunda etdiyi çıxışında deyib: Güc tətbiq etmək, təzyiq göstərmək və təhdid etməklə İranın böyük xalqını təslim edəcəklərini düşünənlər böyük səhvə yol vermiş olurlar. 

Ruhani İran İslam Respublikasının nüvə silahı ardınca olmadığını dəfələrlə dünyaya elan etmiş olduğunu xatırladaraq deyib: İran nüvə silahı istehsal etmirsə, islam dininin əhkamlarına, alimlərin və dini rəhbərin fitvasına görədir, müstəmləkəçi ölkələrin keçmişdəki və gələcəkdəki təzyiqlərinə görə deyil. İran İslam Respublikası prezidenti deyib: İran sülhməramli nüvə elmindən elektrik enerjisinin istehsalında, tibb və kənd təsərrüfatında eləcə də səhiyyə və müalicə sahəsində istifadə edir. Buna görə də dünya və regionu təhdid etmək niyyətində deyil, müstəmləkəçi ölkələr də bilsinlər ki, İranın böyük xalqını təhdid edə bilməzlər ona görə ki, İran xalqı müqəddəs müdafiə dövründə 8 il müqavimət göstərib. 

Şərh yaz


Məxfi kod
Yenilə