Bazar, 06 May 2018 20:16

İranın nazir müavini: Trampın qərarı neftin ənənəvi müştərilərinə təsirsizdir

İranın nazir müavini: Trampın qərarı neftin ənənəvi müştərilərinə təsirsizdir

İranın neft nazirinin müavini deyib: Amerikanın nüvə sazişindən çıxmaq barədə ehtimal olunan qərarı İranın ənənəvi müştərilərinin neft almalarına təsirsiz olacaq.

İRNA-nın verdiyi məlumata görə, Əli Kardar Amerikanın təzyiqlərinin İranın neft ixracatına təsiri mövzusunda keçirilən mətbuat konfransında deyib: Mötəbər beynəlxalq şirkətlər neft satın almaq üzrə uzun müddətli müqavilələrin vaxtını uzadırlarsa bu o deməkdir ki, onlar öz strategiyaları əsasında İranda qalmaq istəyirlər. 

İİR neft nazirinin müavini və İran Milli Neft Şirkətinin İcraçı direktoru həmçinin Aprel ayında İranın neft ixracatının rekord vurduğunu bildirərək deyib: Bəziləri İranın öz neft ixracatını azaltdığını iddia edirdilər ancaq Aprel ayında İranın gündəlik neft ixracatının həcmi 2 milyon 600 min barrelə çatdı. 

İranlı nazir müavini deyib: ABŞ prezidenti nevə sazişindən çıxmağa qərar verərsə İranın neft ixracatına bəlkə 200 min barrel həddində təsir edəcək ki, bu miqdar nefti də ölkənin neftayırma zavodlarında istifadə etmək olar. 

Şərh yaz


Məxfi kod
Yenilə