Bazar, 06 May 2018 17:24

Qasimi: ABŞ məhkəməsinin hökmü 11 sentyabr qurbanlarına təhqirdir

Qasimi: ABŞ məhkəməsinin hökmü 11 sentyabr qurbanlarına təhqirdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerikada bir məhkəmənin İrana qarşı siyasi və qiyabi höküm verməsini pisləyib və bildirib: İran İslam Respublikası bu qeyri-qanuni prossesdə öz qanuni hüququnu mühafizə etmək haqqına malikdir.

Nyu-Yorkun cənubunda bir məhkəmə ötən çərşənbə axşamı qiyabi bir höküm çıxararaq heç bir fakt təqdim etmədən İran İslam Respublikasını  2001-ci il 11 sentyabır qurbanlarının ailələrinə 6 milyard dollar kompensasiya ödəməyə məhkum edib. 

İİR XİN sözçüsü Bəhram Qsimi bu gün bəyanatında bildirib ki, 11 sentyabr hadisəsində İranın yaxud İran vətəndaşının iştirak etməsinə dair heç bir faktın mövcud olmadığı bir şəraitdə, İran keçmişdə də təkrarlanmış bu kimi əsassız və siyasi xarakter daşıyan hökümlərə öz etirazını bildirir.

İranın XİN sözçüsü deyib: Bu kimi qəbulolunmaz hökümlər sadəcə beynəlxalq hüquq deyil hətta ABŞ xalqı və 11 sentyabr qurbanlarının ailələrinə qarşı təhqirdir.

Amerikalı hakimin İİR-nin 2001-ci il 11 sentyabr hadisəsində əlinin olmasına dair gülünc iddiası ABŞ konqresinin faktaraşdırıcı qrupunun hesabatına tamamiylə ziddir. 

Şərh yaz


Məxfi kod
Yenilə