Şənbə, 05 May 2018 22:12

Məşhur rus iranşünas vəfat edib

Məşhur rus iranşünas vəfat edib

Məşhur rus iranşünas və Rusiya Elmlər Akademiyasının üzvü İvan Steblin-Kamenskiy vəfat edib.

Kamenskiy 72 yaşında Sankt-Peterburqda vəfat edib.

İvan Mixayloviç Steblin-Kamenskiy İran dilləri, İranın yerli və etnik ədəbiyyatı üzrə mütəxəssis idi. O, "Avesta" kitabının bəzi hissələrini tərcümə etmişdi.

Kamenskiy 1945-ci ildə Leninqradda, hazırkı Sankt-Peterburqda anadan olub. O, 1968-ci ildə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstititutunun Leninqrad filialının Şərq fakültəsində aspiranturaya daxil olur. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edir.

Steblin-Kamenskiy fars, avesta, xarəzm-avesta, əfqan, qədim fars, tacik, qədim yunan və latın dilləri üzrə tədqiqatlar aparıb.

O, bitkilər, genetik-tarixi araşdırmalar və hinduquş şərq dilləri sahəsində 159-dan çox elmi əsərin müəllifidir.

Şərh yaz


Məxfi kod
Yenilə