Şənbə, 05 May 2018 16:56

Avropa ölkələri İrana ən böyük marixuana ixracatçısıdırlar

Avropa ölkələri İrana ən böyük marixuana ixracatçısıdırlar

İran gömrüyünün narkotik maddələrlə mübarizə komitəsi sədrinin müavini deyib ki, Avropa ölkələri İrana ən böyük marixuana ixracatçısıdırlar və onlar indiyədək onunla mübarizə üçün bir addım atmayıblar.

Nemətullah Mumvəndi bu gün Avropa ölkələrindən İrana marixuananın göndərilməsinə toxunaraq, əlavə edib: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə bununla bağlı etirazlarımızı Avropa Birliyinə bildirmişik, amma onlar heç bir addım atmayıblar.

Nemətullah Mumvəndi 2017-ci ilin iyununda da marixuana ixracatı ilə bağlı İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Avropa Birliyinə etirazından xəbər vermişdi.

Şərh yaz


Məxfi kod
Yenilə