Şənbə, 05 May 2018 14:03

Tramp: İran və 5+1 qrupu arasındakı nüvə anlaşması faciəlidir

Tramp: İran və 5+1 qrupu arasındakı nüvə anlaşması faciəlidir

ABŞ prezidenti bir daha İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını faciəli anlaşma adlandırıb.

Donald Tramp Amerika vaxtı ilə dünən axşam Amerika milli silah cəmiyyətində nüvə anlaşmasını qüsurlu adlandırıb və bildirib ki, bu ölkənin keçmiş dövlət başçıları yaxşı müzakirəçi olmayıblar.

ABŞ prezidenti bundan öncə də dəfələrlə nüvə anlaşmasının digər tərəflərinin mövqerləinin əksinə olaraq, bu anlaşmanı dəhşətli və pis bir anlaşma adlandırmışdı.

Tramp iddia edir ki, nüvə anlaşması təkcə İran İslam Respublikasının maraqlarını təmin edir. Buna görə, o, nüvə anlaşmasının müddəlarının məhz Vaşinqtonun maraqları istiqamətində dəyişidirilməsini istəyir.

Belə bir halda, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və nüvə anlaşmasının digər tərəfləri dəfələrlə bu anlaşmanın dünya ictimaiyyətinə aid olduğunu vurğulayaraq, qeyd ediblər ki, bu, ikitərəfli şəkildə tənzim olunmuş bir anlaşma deyildir ki, onda dəyişiklik aparmaq mümkün olmuş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə