Cümə, 04 May 2018 14:16

315 zəvvar Astara sərhədilə Məşhədə və Kərbəlaya gedib

315 zəvvar Astara sərhədilə Məşhədə və Kərbəlaya gedib

İranın Astara sərhəd terminalının müdiri deyib: Azərbaycan Respublikası və Rusiyadan olan 315 zəvvar şəban ayı bayramları münasibətilə Astara sərhədindən İrana daxil olaraq, Məşhəd şəhərinə və İraqın Kərbəla şəhərinə gedibdir.

Cəlal Diyansayi dünən Astara sərhəd terminalında keçirdiyi mətbuat konfransında əlavə edib: Şəban ayı bayramları mərasimlərində iştirak və imamzadələrin ziyarəti xarici zəvvarların Astara-Məşhəd istiqamətindəki proqramlarındandır.

Astara quru sərhədi vasitəsilə maksimum keçid İran və Azərbaycan Respublikası vətəndaşlarına aiddir və Rusiya, Gürcüstan, Türkiyə, İraq, Çin, Fransa, Almaniya, Polşa, Ukrayna, Pakistan, Əfqanıstan, Belarus, BƏƏ və Qazaxıstandan olan müsafirlər də Astara quru sərhədi vasitəsilə keçid edirlər.

İranın şimalındakı Gilan vilayətinin şimal-qərbində yerləşən Astara sərhəd liman şəhrestanı Azərbaycan Respublikasının qonşuluğunda yerləşir və İranın üçüncü izdihamlı keçidə malik sərhədi sayılır.

Şərh yaz


Məxfi kod
Yenilə