Şənbə, 21 Aprel 2018 12:04

İranın mədəniyyət naziri "islam ictimaiyyəti"ndə mədəniyyətin formalaşdırılmasına təkid edib

İranın mədəniyyət naziri "islam ictimaiyyəti"ndə mədəniyyətin formalaşdırılmasına təkid edib

İranın mədəniyyət və islam irşadı naziri "islam icitmaiyyəti"ndə mədəniyyətin formalaşdırılmasına təkid edib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının mədəniyyət və islam irşadı naziri Seyid Abbas Salehi cümə günü axşam Kərbəlada şiələrin təqlid mərcələrindən olan ayətullah seyid Məhəmməd Təqi Müdərrisi ilə görüşdə deyib: Yeni ehtiyacları və günün şəraitini nəzərə alaraq, xüsusilə post-vəhabilik dövründə islam ictimaiyyətində mədəniyyətin formalaşdırılması bir zərurətdir. 

Ayətullah Müdərrisi də bu görüşdə deyib: Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın siyasətləri və rəftarları vəhhabiliyin iflasını elan etməkdir və vəhhabilik artıq  yeni bir mərəhələyə daxil olub. 

Ayətullah Müdərrisi islam alimləri və ziyalılarının bu xüsusda malik olduqları roa işarə edərək, deyib: Bütün səylər iclam ictimaiyyətində mədəniyyətin formalaşdırılmasına yönləndirilməlidir. 

Salehi və Ayətullah Müdərrisi həmçinin, bu göüşdə İran və İraqın mədəni və dini məsələləri barədə danışıqlar aparıblar. 

İran İslam Respublikasının mədəniyyət və islam irşadı naziri Seyid Abbas Salehi bazar ertəsi günü 5 günlük səfər çərçivəsində İraqın paytaxtı Bağdada səfər edib. 

Salehi bu səfər çərçivəsində İraqın mədəniyyət və xarici işlər nazirləri ilə görüşüb, danışıqlar aparmaqla yanaşı, İran heyəti ilə birlikdə İraq heyəti ilə bir neçə saatlıq müzakirələr həyata keçirib. 

Nəcəf və Kərbəlada təqlid mərcələri ilə görüş, Bağdadda İran və İraq mərkəzlərinə baxışın keçirilməsi İranın mədəniyyət və islam irşadı nazirinin Bağdada olan 5 günlük səfərinin proqramlarıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə