Şənbə, 21 Aprel 2018 08:58

Zərif CBS ilə müsahibədə: Pompeo-nun etirafı sübut edir ki, İrana qarşı sanksiyaların əsası olmayıb

Zərif CBS ilə müsahibədə: Pompeo-nun etirafı sübut edir ki, İrana qarşı sanksiyaların əsası olmayıb

İran İslam Respublikası xrici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü Amerikanın CBS telekanalına verdiyi eksklüziv müsahibədə deyib: ABŞ prezidenti Donald Tramp tərəfindən dövlət katibi postuna namizədliyi irəli sürülən şəxsin İran İslam Respublikasının nüvə silahı ardınca olmadığı barədəki etirafının İran əleyhinə sanksiyalar üçün hansısa səbəbin olmadığına dəlalət edən fakt adlandırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif deyib: Amerika indi də İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Səbəb isə İranın nüvə silahları ardınca olmamasıdır. 

Mayk Pompeo cümə axşamı (12 aprel) ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin onun dövlət katibi vəzifəsinə yiyələnməsi üzrə səlahiyyətini araşdırma iclasında deyib: İran nüvə analşmasından öncə də nüvə silahına tərəf hərəkət etməyib. İndi də mənim bildiyimə görə, İran hətta, nüvə anlaşmasının pozulacağı təqdirdə belə, nüvə silahlarına doğru hərəkət etməyəcək. 

İran və 5+1 qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin iyulundan icra edilməkdədir. Amma, ABŞ hökuməti bu anlaşmanı imzalayan tərəflərdən biri olaraq, öz öhdəliklərinə əməl etməkdən boyun qaçırdır. 

ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasının digər tərəflərinin əksinə olaraq, bu anlaşmanı dəhşətli anlaşma adlandırır və onun ləğv edilməsini istəyir. Dünya isə ABŞ prezidentinin bu mövqeyinə qarşıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə