Çərşənbə axşamı, 13 Mart 2018 12:29

Zərif: Qonşu ölkələrin və bölgənin təhlükəsizliyi və sabitliyi İranın təhlükəsizliyidir

Zərif: Qonşu ölkələrin və bölgənin təhlükəsizliyi və sabitliyi İranın təhlükəsizliyidir

İran xarici işlər naziri qonşu ölkələrin və bölgənin təhlükəsizliyi və sabitliyinin İran İslam Respublikasının təhlükəsizliyi və sabitliyi ilə eyni olduğunu söyləyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü regionda təhlükəsizlik və sabitliyin vacibliyi barədə Pakistan mətbuatına verdiyi müsahibəsində İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələr haqda belə deyib: Səudlar elə zənn edirlər ki,  əgər dünya səudiyyə rejiminin İran tərəfindən təhdid edilməsini düşünərsə, onların xeyrinə olacaqdır.

Zərif İran İslam Respublikasının Səudiyyə Ərəbistanının bölgənin bir hissəsi olması və bölgədəki olayalardan ayrı saxlanılmaması qənaətində olduğunu vurğulayıb.

İran xarici işlər naziri ABŞ-ın nüvə anlaşmasının icrasındakı sədaqətsizlikləri barədə belə deyib: İranın Qərblə nüvə anlaşması beynəlxalq bir anlaşmadır və əgər ABŞ-ın prezidenti Donald Tramp müqaviləni pozmaq istəyərsə, mütləq bu ölkənin özü dünyada təcrid olunacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə