Çərşənbə axşamı, 13 Mart 2018 10:35

Laricani: İnsan haqları Amerika, Qərb və BMT-nin beynəlxalq ictimaiyyətə hədiyyəsi deyildir

Laricani: İnsan haqları Amerika, Qərb və BMT-nin beynəlxalq ictimaiyyətə hədiyyəsi deyildir

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi deyib: İnsan haqları insani ləyaqətə əsaslanmalıdır və bu, Amerika, Qərb və BMT tərəfindən beynəlxalq ictimaiyyətə verilən bir xeyirxahlıq hədiyyəsi deyildir.

Məhəmməd Cavad Laricani dünən Cenevrədə Əlməyadin telekanalı ilə müsahibədə Qərbin insan haqları ilə bağlı ikili siyasətlərinə toxunaraq, əlavə edib: Amerikalıların və onların avropalı müttəfiqlərinin təqdim etdikləri insan haqları riyakarlığa, ikili standartlara, irqçiliyə və xudbinliyə söykənir.

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi amerikanların regiondakı cinayətlərinə də toxunub: Livan, Fələstin, Yəmən və digər ölkələrdəki cinayətlər daxil olmaqla regionda baş verən böyük cinayətlərdə amerikalıların əli var, amma onlar insan haqlarını himayə iddiası ilə çıxış edirlər.

O, habelə insan haqları dəyərlərinin pozulmasında Ərəbistan nefti dollarlarının roluna toxunaraq, belə qeyd edib: Amerika və onun avropalı müttəfiqləri Yəməndə, Suriyada və Fələstində törədilən cinayətlərdə məsuliyyət daşıyırlar.

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi vurğulayıb: Müsəlmanların əqidələrinin təftiş edilməsi Qərbin insan haqları ilə bağlı ikili siyasətlərinin digər hallarındandır.

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi Məhəmməd Cavad Laricani  BMT-nin İnsan Haqları Şurasının 37-ci iclasında iştirak məqsədilə Cenevrəyə səfər edib.

Şərh yaz


Məxfi kod
Yenilə