Bazar ertəsi, 12 Mart 2018 21:27

Zərif və Pakistanın daxili işlər naziri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

Zərif və Pakistanın daxili işlər naziri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

İran İslam Respublikasının xarici işlər naziri və Pakistanın daxili işlər naziri iki ölkə münasibətlərinin inkişafı barədə məşvərət aparıblar.

Məhəmməd Cavad Zərif bu gün İslamabadda Pakistanın daxili işlər naziri Əhsən İqbal ilə görüşüb. Tərəflər bu görüşdə iki ölkənin tarixi və mədəni bağlılıqlarına işarə edərək, qarşılıqlı münasibətlərin gücləndirilməsini vurğulayıblar.

İranın xarici işlər naziri və Pakistanın daxili işlər naziri həmçinin bu görüşdə sərhədlərin qorunması və təhlükəsizlik mövzuları barədə fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, iki ölkə arasındakı təhlükəsizlik komitələrinin fəaliyyəti artırılsın.

İki ölkə arasında konsulluq həmkarlıqlarının artırılmasına təkid, İranın xarici işlər naziri və Pakistanın daxili işlər naziri arasındakı danışıqların digər mehvərlərindən olubdur.

İranın xarici işlər naziri həmçinin İran və Pakistan arasında əlaqələrin qurulmasının yetmişinci ildönümü mərasimində çıxış edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə