Şənbə, 17 Fevral 2018 13:48

İran prezidenti Hindistanın baş naziri ilə görüşüb

İran prezidenti Hindistanın baş naziri ilə görüşüb

İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Hindistanın baş naziri Narendra Mudi bu gün Yeni-Dehlidə görüşüblər.

İran və Hindistanın iki yüksək vəzifəli rəsmisi bu görüşdə iki ölkə əlaqələri və əməkdaşlıqları barədə danışıb. Ruhani bu görüşdən öncə Hindistanın xarici işlər naziri Suşma Suvarac ilə görüşübdür.

İran İslam Respublikasının prezidenti Yeni-Dehli hava limanına daxil olarkən müxbirlərlə müsahibədə deyibdir ki, Asiyanın iki mühüm ölkəsi kimi İran-Hindistan əlaqələrinin inkişafı nəinki iki xalqın, həm də regionun sabitliyi və təhlükəsizliyinin xeyrinə ola bilər.

Şərh yaz


Məxfi kod
Yenilə