Çərşənbə, 14 Fevral 2018 10:11

Ruhani təyyarə qəzası ilə əlaqədar Putinə başsağlığı verdi

Ruhani təyyarə qəzası ilə əlaqədar Putinə başsağlığı verdi

İran İslam Respublikası prezidenti Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış məktubda sərnişin təyyarəsinin süqut etməsi nəticəsində bir qrup Rusiya vətəndaşının həyatını itirməsinə görə Rusiya hökuməti və hadisə qurbanlarının yaxınlarına başsağlığı verib.

Həsən Ruhani çərşənbə axşamı Putina ünvanlanmış məktubda təyyarə qəzasında bir qrup insanın həyatını itirməsinə görə, rusiyalı həmkarı və hadisə qurbanlarının yaxınlarının kədərini bölüşdüyünü qeyd edərək, Rusiya xalqı və dövlətinə başıcualığı, uğurlar və müvəffəqiyyətlər arzu edib.

An-148 sərnişin təyyarəsi Moskvanın Domodedovo hava limanını Omsk şəhəri istiqamətində tərk etdikdən bir neçə dəqiqə sonra süqut edib.

Təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvü həyatını itirib. Təyyarə Saratov hava yolları şirkətinə məxsus olub.

Şərh yaz


Məxfi kod
Yenilə