Çərşənbə axşamı, 13 Fevral 2018 13:00

Ordunun baş komandanı: İranın müdafiə divarları daha da ucalacaqdır

Ordunun baş komandanı: İranın müdafiə divarları daha da ucalacaqdır

İran İslam Respublikası Ordusunun baş komandanı deyib: İranın müdafiə divarları daha da ucalacaq və bu yolda heç bir ölkədən icazə alınmayacaqdır.

İran İslam Respublikası Ordusunun baş komandanı general-leytenant Seyid Əbdurrəhim Musəvi ABŞ və bəzi Avropa ölkələri tərəfindən İranın müdafiə qabiliyyəti və raket sahəsi üzrə müzakirə barədə irəli sürülmüş bəhslərə toxunaraq, əlavə edib: İranın gözüaçıq və agah xalqı önləyici müdafiə qüdrətinin gücləndirilməsi zərurətindən xəbərdardır və var gücü ilə özünün bu haqlı tələbi üzərində dayanıbdır.

İran İslam Respublikası Ordusunun baş komandanı söyləyib: İranın müdrik xalqı ötən qırx il ərzində göstərdi ki, hər zaman düşmənlərin cavaba və yumruq zərbəsinə ehtiyacları olduğu zaman keçmişdəkindən daha möhkəm və əzəmətli şəkildə meydana girib və düşmənlərin tamahkarlıqlarına cavab veribdir.

İran İslam Respublikası dəfələrlə bildiribdir ki, öz müdafiə qabiliyyəti, xüsusən raket məsələlərində heç bir ölkə ilə müzakirə etməyəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə