Çərşənbə axşamı, 13 Fevral 2018 09:03

İranın dini elmlər hövzələri dünyanın yüz ölkəsində fəaliyyət göstərirlər

İranın dini elmlər hövzələri dünyanın yüz ölkəsində fəaliyyət göstərirlər

İranda dini elmlər hövzələri işçilərinin Quran fəaliyyətlərinin genişləndirilməsi şurasının katibi İranın dini elmlər hövzələrinin dünyanın yüz ölkəsində fəaliyyət göstərmələrindən xəbər verib.

Hoseyn Əsədi dünən İslam İnqilabının Quran Nailiyyətlərinin Araşdırılması konfransında deyib: İran dini elmlər hövzəsindən yaranmış universitet olan "Camiə əl-Mustəfa əl-Aləmiyyə" dünyanın səksənə yaxın ölkəsində fəaliyyət göstərir.

İranda dini elmlər hövzələri işçilərinin Quran fəaliyyətlərinin genişləndirilməsi şurasının katibi əlavə edib: Müxtəlif ölkələrdə 450-ə yaxın Dar-əl-Quran və Quran mərkəzi fəaliyyət göstərir.

Hoseyn Əsədi həmçinin deyib: Xanımlar üçün nəzərdə tutulmuş dini elmlər hövzələrinin təşkili və 400 Quran şərhi kursunun keçirilməsi İranda dini elmlər hövzələrinin digər Quran fəaliyyətlərindəndir.

İranda dini elmlər hövzələri işçilərinin Quran fəaliyyətlərinin genişləndirilməsi şurasının katibi deyib: Quran mehvərli əlli tədqiqat müəssisəsinin fəaliyyəti və Quran təlimlərinə diqqət də İranda dini elmlər hövzələrinin Quran mədəniyyətinin inkişaf etdirilməsi hədəfli digər Quran nailiyyətlərindəndir.

Şərh yaz


Məxfi kod
Yenilə