Bazar ertəsi, 12 Fevral 2018 19:48

İnqilab Rəhbərinin Dəməşqdəki nümayəndəsi: Suriya xalqının İrana olan sevgisi əbədidir

İnqilab Rəhbərinin Dəməşqdəki nümayəndəsi: Suriya xalqının İrana olan sevgisi əbədidir

İslam İnqilabının Böyük Rəhbərinin Suriyadakı nümayəndəsi Suriya xalqının İran İslam Respublikasına böyük hörmət bəslədiyini deyərək, vurğulayıb: Bu sevgi İranın terrorizm ilə mübarizədə Suriyanı himayə etməsinin ardınca daha da artıb.

İRNA-nın məlumatına görə, Ayətullah Seyid Əbülfəzl Təbatəbayi bazar ertəsi günü İslam İnqilabının qələbə çalmasının ildönümü münasibəti ilə təşkil edilmiş mərasimin kənarında deyib: Suriyada xalq tərəfindən İran İslam İnqilabının qələbə çalmasının ildönümü mərasimlərinin keçirilməsi onların İslam Respublikası quruluşuna olan sevgi və məhəbbətindən qaynaqlanır.

Ayətullah Təbatəbayi əlavə edib: Suriya rəsmiləri habelə, şiə və sünni alimlərin də iştirak etdiyi bu mərasim Suriya xalqının istəyi əsasında keçirilib.

İran İslam İnqilabı 11 fevral 1979-cu ildə İran İslam Respublikasınn banisi İmam Xomeyni(rə)-in rəhbərliyi ilə Pəhləvi rejimi üzərində qələbə çalıb.

Şərh yaz


Məxfi kod
Yenilə