Bazar ertəsi, 12 Fevral 2018 13:34

İsrail qırıcısının vurulmasında İranın rolu ilə bağlı iddialar əsassızdır

İsrail qırıcısının vurulmasında İranın rolu ilə bağlı iddialar əsassızdır

Suriya prezidentinin siyasi-media məsələləri üzrə müşaviri İsrail rejiminin bu rejimin F-16 qırıcısının vurulmasında İranın rolu olması ilə bağlı iddiasını əsassız adlandırıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Bəsinə Şaban Dəməşqdə İran İslam İnqilabının qələbəsinin ildönümü mərasimində İsrailin İran əleyhinə ittihamlarını rədd edərək, deyib: Bu qırıcı Suriyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Bu qüvvələr sadəcə bu təyyarəni deyil, onlarla raketi də məhv edib.

Bəsinə Şaban əlavə edib: İsrailin F-16 qırıcı təyyarəsinin vurulması bu rejimi dəli edib. Çünki, düşmənin arxalandığı bütün raketlər və hərbi təchizatların Suriyanın hava hücumundan müdafiə qüvvələri qarşısında aciz olduğunu anlamış olub.

Şənbə günü İsrail qırıcıları neçənci dəfə olaraq Suriyanın hava zonasına daxil olaraq, Dəməşqin ətrafında bəzi məntəqələri bombalayıblar. Bunun ardınca Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrail rejiminin 2 ədəd qırıcısını vuraraq,  yerə salıb.

İsrailin F-16 qırıcısının vurulması sionist rejimin nazirlər kabineti üçün o qədər ağır olub ki, bu təyyarənin Suriya tərəfindən yox, İran tərəfindən vurulduğu barədə yalan məlumatlar  yaymaqla ümumi fikri çaşdırmağa çalışıb. İran İslam Respublikası bu iddianı rədd edib.

Şərh yaz


Məxfi kod
Yenilə