Bazar ertəsi, 12 Fevral 2018 12:52

22 bəhmən yürüşü ərəb medialarının gözü ilə

22 bəhmən yürüşü ərəb medialarının gözü ilə

İran xalqının İslam İnqilabının qələbəsinin 39-cu ildönümü yürüşündəki əzəmətli iştirakı ərəb medialarında geniş rezonans doğurub.

İran ictimaiyyətinin müxtəlif təbəqələrindən olan insanlar İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü yürüşündə öz əzəmətli iştirakı ilə bir daha İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in amalları və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneiyə öz sədaqətini və beyətini təzələmiş oldu.

Əl-Qüds Əl-Ərəbi İran xalqının 22 bəhmən yürüşündəki əzəmətli iştirakına toxunub və yazıb: İnsanlar Amerika və İsrail əleyhinə şüarlar verərək, ABŞ və İsrail başçılarını zəmanənin tağutları elan ediblər.

Qəzet daha sonra yazır: İran prezidenti  Həsən Ruhani yürüş iştirakçıları qarşısında dedi: Amerika və İsrail regionu xaosa sürükləmək istəyirlər. İraq və Suriyanı parçalamağa çalışırlar. Onlar Livanda uzun müddətli böhran və xaos yaratmaq istəyirlər. Amma, İranın köməyi ilə onların siyasətləri məğlub olub.

Rusiya Əl-Yəum informasiya agentliyi də İran İslam İnqilabının qələbəsinin ildönümü mərasiminə işarə edib və deyib: Bu mərasimdə İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah 2000 kilometrlik uçuş radiusuna malik olan Qədr ballistik raketini nümayiş etdirdi.

Əl-Minar telekanalı da İran xalqı və rəsmilərinin 22 bəhmən yürüşündəki iştirakına işarə edib və bildirib: İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani 22 bəhmən yürüşünün kənarında İsrailin F-16 qırıcısının Suriya tərəfindən vurulmasına işarə edərək, deyib: İsrailin regiondakı səhvləri cavabsız qalmayacaq.

Şərh yaz


Məxfi kod
Yenilə