İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Rusiyada baş vermiş təyyarə qəzasına görə təəssüfləndiyini bildirib, Rusiya xalqı və dövlətinin kədərini bölüşüb.
Dünən bazar günü bir ədəd AN-148 sərnişin təyyarəsi Moskva vaxtı ilə saat 14:21-də qəzaya uğrayıb. Təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvünün hamısı bu hadisədə həyatını itirib.
Moskvanın Domodedovo hava limanından havaya qalxan bu təyyarə Omsk şəhərinə doğru hərəkət edirmiş. Təyyarənin havaya qaxlmasından 2 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Təyyarə Moskvanın 80 kilometrliyində yerləşən Ramenski məntəqəsində süqut edib.