Şənbə, 13 Yanvar 2018 15:43

İranın tankerində 2 cəsəd aşkar edilib

İranın tankerində 2 cəsəd aşkar edilib

Çinin xilasetmə qrupu itkin düşmüş iranlı dənizçiləri axtararaq Sançi tankerinə daxil olub və iki cənazə aşkar edib.

Çinli xilasetmə qrupu həmçinin gəminin qara qutusunu da aşkar ediblər. 

Güclü küləklər və tankerdəki yanğına görə zəhərli qazlara görə xilasetmə qüvvələrinin gəmidə əməliyyatlarını davam etdirmələri mümkün olmayıb və onlar gəmiyə yenidən giriş əməliyyatını təkrarlayacaqlar. 

İranın neft daşıyan gəmisinin durumunu araşdıran xüsusi komitənin sədri Şanxay hava limanına çatan kimi vəziyyəti araşdırmaq üçün böhran palatasına gedib. 

İran İslam Respublikası prezidenti tərəfindən İran gəmisinin durumunu araşdıran komitəyə sədr təyin edilmiş Əli Rəbii lazımı tədbirlərin həyata keçirilməsi və durumun araşdırılmsı üçün böhran palatasına daxil olub. 

Şərh yaz


Məxfi kod
Yenilə