Şənbə, 13 Yanvar 2018 09:35

İran Xarici İşlər Nazirliyi ABŞ-ın addımı ilə bağlı bəyanat verdi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın addımı ilə bağlı bəyanat verdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək bildirib: ABŞ prezidenti nüvə sazişini məhv etmək üzrə bir illik cəhdlərinə rəğmən bir daha çox pis adlandırdığı Əhatəli Müştərək Təşəbbüs Proqramına öhdəlikli olmasının müddətini uzaltdı.

İİR XİN dünən bir rəsmi bəyanatda bildirib: ƏMTP-nin öz içindən möhkəm olması və bu razılaşmanın beynəlxalq dəstəyə malik olması, ABŞ prezidenti, sionist rejim və militarist ifratçıların nəhs ittifaqının bu razılaşmanı ləğv etmək yaxud onda dəyişikliklər aparmaq üzrə cəhdlərini imkansız etmişdir. Bəyanatda deyilir: ABŞ prezidenti özünün son bir ildəki rəftarı əsasında İran xalqına qarşı düşmən hərəkətləri və hədə-qorxularını elə bir şəraitdə təkrarladı ki, dəfələrlə bu hərəkətlərin icrasında aciz qalmışdır. 

İİR XİN Amerikanın təhdidlərini və yeni şəxsləri sanksiyia siyahısına əlavə etməsini pisləyərək bildirib: İran İslam Respublikası ƏMTP-nin digər üzvləri və beynəlxalq ictimaiyyətlə birlikdə dəfələrlə vurğulamışdır ki, ƏMTP mötəbər beynəlxalq sənəddir və heç cür yenidən müzakirə ediləsi deyildir. 

İİR XİN bildirib: İran İslam Respublikası ƏMTP çərçivəsindəki öhdəliklərindən əlavə heç nə etməyəcək, bu razılaşmada heç bir dəyişikliklə istər bu gün istərsə də gələcəkdə razılaşmayacaq və ƏMTP ilə başqa hərhansı mövzu barədə əlaqə yaradılmasına imkan verməyəcək. 

İranın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Amerika dövləti ƏMTP-nın digər üzvləri kimi bu saziş əsasında öz üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirməlidir və əsassız bəhanələrlə öz öhdəliklərindən boyun qaçırırsa onun mənfi nəticələrinin məsuliyyətini tamamiylə qəbul etməlidir. 

Amerikanın İrana qarşı nüvə sanksiyalarının icrasını iki dəfə təxirə salmış ABŞ prezidenti Donald Tramp ƏMTP-dən narazı qalmasına rəğmən bir daha bu sanksiyaların icrasını təxirə saldı. 

Şərh yaz


Məxfi kod
Yenilə