Cümə, 12 Yanvar 2018 22:54

İranın neft tankerində yanğın hələ də söndürülə bilməyib

İranın neft tankerində yanğın hələ də söndürülə bilməyib

Hava şəraitinin qeyri-münasib olmasına və güclü küləyin əsməsinə görə, Çinin şərq sahillərində İranın neft tankerində çıxan yanğını söndürmək hələ ki, mümkün olmayıb. Əməliyyata daha 6 gəmi cəlb edilib.

Bu gün səhər saatlarından Çinin şərq sularında yanğına məruz qalmış İranın neft tankerinin söndürülməsi əməliyyatı yenidən bərpa edilib. Çin və Yaponiyanın yanğınsöndürmə gəmiləri hazırda İranın neft tankerinin söndürülməsi əməliyyatında iştirak edirlər. İran İslam Respublikası prezidenti tərəfindən yanğına məruz qalmış neft tankeri ilə əlaqədar məsələləri yaxından izləyən İranın kooperasiya, əmək və ictimai rifah naziri Yaponiyanın “alovyeyən” gəmilərinin İran tankerinin söndürülməsi əməliyyatına cəlb edilməsi və daha 6 ölkənin əməliyyatda iştirak üçün hadisə yerinə daxil olmasından xəbər verib. Əli Rəbiyi Tehranda Çin və Yaponiya səfirləri ilə görüşdə də yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsinə təkid edib.

“Sançi” gəmisi güclü küləyin əsməsinə görə, Yaponiyaya doğru hərəkət edib. Bunu nəzərə alaraq, İran prezidenti tərəfindən məsələni yaxından izləyən İranın kooperasiya naziri bu gün Yaponiya səfiri ilə görüşüb.

Əli Rəbiyi jurnalistlərə verdiyi açıqlamada deyib: “Yaponiyanın yanğınsöndürmə gəmiləri də Çinin yanğınsöndürmə gəmiləri ilə birlikdə yanğının nəzarət altına alınmasına çalışırlar. Yanğının söndürülməsi əməliyyatı hər iki ölkə tərəfindən birgə formada  həyata keçirilir. Yanğının nəzarət altına alınması üçün gəminin üzərinə çoxlu miqdarda köpük tökülüb. Yanğın müəyyən dərəcədə nəzarət altına alınıb. Gəmidə olan 30 nəfərin taleyi ilə bağlı hansısa məlumat yoxdur. Amma, ümüdlərimiz hələ ki, tükənməyib.”

Daha sonra İranın kooperasiya naziri və Yaponiya səfiri böhrnı idarəetmə otağında olaraq, Şanxay ilə əlaqə saxlayıblar.  

Hadisə baş verən zaman “Sançi” tankerinin kənarında bir başqa gəmi də olub. Cənab vəzir həmin gəminin kapitanı ilə də əlaqə saxlayıb: “Hazrda daha bir Yaponiya gəmisi köməyə gəlib və əgər hansısa gözlənilməz hadisə baş verməzsə, yanğının söndürülməsi əməliyyatı sabah başa çatdırıla bilər.”

İclasın sonunda isə Yaponiya səfiri yanğınsöndürmə əməliyyatının sürətləndirilməsi üçün lazım olan məsələlərin təxirəsalınmaz həllinə səy göstərəcəyini deyib.

Şərh yaz


Məxfi kod
Yenilə