Cümə axşamı, 14 Dekabr 2017 11:09

Ruhani: İstanbul iclası Fələstin haqda müsəlmanları ümidvar etdi

Ruhani: İstanbul iclası Fələstin haqda müsəlmanları ümidvar etdi

İran İslam Respublikası prezidenti İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının fövqəladə iclasının keçirilməsini alqışlayaraq deyib: Bu iclas Fələstin məsələsi haqda dünya müsəlmanlarını ümidvar etdi.

Həsən Ruhani çərşənbə gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda görüşdə ABŞ prezidentinin Qüdslə bağlı son qərarının bütün müsəlmanlar və dünya azadlıqsevərlərinin inciməsinə səbəb olduğunu bildirərək deyib: İslam Əməkdaşlıq Təşkilatının bugünkü sammitində başlanan yol vahid səslə davam etməlidir ki, ABŞ bir daha belə bir işi etmək imkanı əldə etməsin. 

Amerikalılar və sionistlərin islam dünyası əleyhinə məkrli planlarının müxtəlif yollarla davam etdiyini bəyan edən Ruhaninin sözlərinə görə, xoşbəxtlikdən bütün dünya müsəlmanları Fələstin ərazisinin müdafiəsində öz emosiyalarını əks etdirdilər və islam əleyhinə məkrli plan qarşısında durdular. 

Suriyada stabillik və təhlükəsizliyin gücləndirilməsi üçün Tehran və Ankaranın müştərək əməkdaşlığının davam etməli olduğunu qeyd edən İran İslam Respublikası prezidenti əlavə edib: İran və Türkiyənin regionda terrorizmlə mübarizə və bölgənin təhlükəsizliyi və stabilliyi üçün birgə baxışı vardır. 

Bu görüşdə Rəcəb Tayyib Ərdoğan da İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının İstanbul sammitində iştirak etməsinə toxunub və deyib: Bu irimiqyaslı iştirak islam ölkələrinin Fələstin haqda eyni mövqeyə malik olduğunu göstərir və bu birliyin Fələstin xalqının hüquqlarının gerçəkləşməsi istiqamətində addım atmağımıza səbəb olacağına ümid edirəm. 

Türkiyə prezidenti Tehran-Ankara əməkdaşlıqlarının daha da artırılmasının vacibliyini qeyd edib: Birgə əməkdaşlıqla regionda terrorizmin köklərini kəsmək olar. 

Şərh yaz


Məxfi kod
Yenilə