Çərşənbə, 13 Dekabr 2017 20:17

Nüvə Anlaşmasının icrasına nəzarət üzrə müştərək komissiyanın 10-cu iclası \ Bu gün Vyanada

Nüvə Anlaşmasının icrasına nəzarət üzrə müştərək komissiyanın 10-cu iclası \ Bu gün Vyanada

Nüvə anlaşmasının icra prosesinə nəzarət üzrə müştərək komissiyanın 10-cu iclası İran, 5+1 qrupu ölkələri və Avropa Birliyinin nümayəndə heyətlərinin iştirakı ilə bu gün Vyanada keçirilib.

Nüvə anlaşmasının icra prosesinə nəzarət üzrə müştərək komissiyanın 10-cu iclası İran, 5+1 qrupu ölkələri və Avropa Birliyinin nümayəndə heyətlərinin iştirakı ilə Vyanada işə başlayıb.

İran xarici işlər nazirinin müavini Abbas İraqçının dediyinə görə bu iclasda nüvə məsələləri, İranın öhdəlikləri, qarşılıqlı əməkdaşlıqlar, sanksiyalar və maneələrin aradan qaldırılması yolları və ABŞ-ın öhdəliklərinə əməl etməməsi kimi məsələlər araşdırılacaq.

İraqçı deyib: “Sanksiyalarla bağlı işçi qrupunun iclası keçirildi. 4 saat davam edən bu iclasda nümayəndələrimizin sanksiyalarla bağlı ciddi danışıqları olub.”

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi xanım Moqerini də son zamanlar yaxşı bir anlaşmanı ləğv etməyin mümkün olmadığını deyib. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də indiyə kimi 9 dəfə İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq edib.

İraqçı həmçinin deyib: Çin, Rusiya, Fransa və Almaniya rəsmiləri habelə, komissiyanın koordinatoru olan xanım Şmitd ilə ikitərəfli danışıqlarımız olub. Ekspertlər səviyyəsində də həm nüvə məsələləri, həm də sanksiyalarla bağlı ətraflı müzakirələr aparılıb.”

BMT-nin baş katibi Antonio Quterreş də Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda İranın nüvə anlaşması qarşısında öz öhdəliklərinə tam formada əməl etdiyini təsdiq edərək, deyib: Təəssüflər olsun ki, Trampın İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməkdən çəkinməsi bu anlaşmanın taleyini naməlum vəziyyətlə üzləşdirib.  

Şərh yaz


Məxfi kod
Yenilə